Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü çərçivəsində maarifləndirici görüşlər keçirilib
2026-09-28 09:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti tədbirlər 28 sentyabr – Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü çərçivəsində Bakı şəhərində yerləşən 263 və 138 nömrəli tam orta məktəblərdə keçirilib.
Maarifləndirici görüşlərin əsas məqsədi məktəblilərin quduzluq xəstəliyi ilə bağlı məlumatlılığının artırılması, heyvanlarla təhlükəsiz davranış qaydalarının izah edilməsi və xəstəliyin qarşısının alınmasında profilaktik tədbirlərin əhəmiyyətinin diqqətə çatdırılması olub.
Proqram zamanı müəllim və şagirdlərə quduzluq xəstəliyi, onun insan sağlamlığı üçün yaratdığı təhlükələr, yayılma yolları və xəstəlikdən qorunma üsulları barədə ətraflı məlumat verilib. İştirakçılara quduzluğun əsasən xəstə və ya yoluxmuş heyvanların dişləməsi, cırmaqlaması və tüpürcəyinin zədələnmiş dəri və selikli qişa ilə təması nəticəsində insana keçə bildiyi izah olunub. Həmçinin sahibsiz və naməlum heyvanlarla ehtiyatlı davranmağın, onlara yaxınlaşmamağın və uşaqların heyvanlarla təmasını böyüklərin nəzarəti altında həyata keçirməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gündəlik həyatda heyvanlarla təmas zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, uşaqların bu istiqamətdə maarifləndirilməsi və quduzluqla bağlı hər hansı riskli hal müşahidə edildikdə vaxtında aidiyyəti qurumlara və tibb işçilərinə müraciət olunması ilə bağlı tövsiyələr verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kimi maarifləndirici tədbirlər əhali, xüsusilə də məktəblilər arasında baytarlıq və heyvan sağlamlığı ilə bağlı biliklərin artırılmasına, sağlam və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır