Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
2026-10-05 16:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkədə heyvan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində profilaktik tədbirlər ardıcıl şəkildə davam etdirilir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, respublikanın müxtəlif rayonlarında epizootik sabitliyin qorunması və baytarlıq xidmətlərinin gücləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Aparılan işlər çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərin profilaktikası məqsədilə peyvəndləmə tədbirləri genişləndirilir, immunoloji müdafiənin təmin olunmasına xüsusi diqqət yetirilir. Kütləvi vaksinasiya prosesinin baytarlıq-sanitariya baxımından əhəmiyyəti ilə bağlı heyvan sahibləri arasında maarifləndirmə işləri aparılır, vətəndaşlarla görüşlər keçirilərək xəstəliklərin vaxtında qarşısının alınması, profilaktik tədbirlərə əməl olunması və baytarlıq xidmətlərindən düzgün istifadə ilə bağlı tövsiyələr verilir. Eyni zamanda, heyvan saxlanılan ərazilərdə sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması və yoluxucu xəstəliklərin yayılma riskinin minimuma endirilməsi məqsədilə profilaktik dezinfeksiya tədbirləri həyata keçirilir.
Profilaktik tədbirlərin mühüm istiqamətlərindən biri də vaksinlərin saxlanma şəraitinə və “soyuq zəncir” sisteminin tələblərinə əməl olunmasına nəzarətdir. Bu məqsədlə özəl baytar mütəxəssislərinin istifadəsində olan soyuducu avadanlıqların vəziyyəti, vaksinlərin müvafiq temperatur rejimində saxlanılması və onların təhlükəsizliyinin təmin olunması yerində monitorinq edilir. Mütəxəssislər tərəfindən aparılan monitorinqlər mövcud vəziyyətin qiymətləndirilməsinə, aşkar edilən çatışmazlıqların vaxtında aradan qaldırılmasına və baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Bununla yanaşı, əhali arasında aparılan epizootoloji maarifləndirmə tədbirləri vasitəsilə heyvan sahiblərinin yoluxucu xəstəliklərin əlamətləri, onların qarşısının alınması, vaxtında baytarlıq xidmətinə müraciətin əhəmiyyəti və vaksinasiya tədbirlərinin rolu barədə məlumatlılığı artırılır.
Qeyd edək ki, profilaktik vaksinasiya, dezinfeksiya, “soyuq zəncir”ə nəzarət, monitorinq və maarifləndirmə tədbirlərinin kompleks şəkildə həyata keçirilməsi heyvan sağlamlığının qorunması ilə yanaşı, kənd təsərrüfatında dayanıqlı və təhlükəsiz istehsal mühitinin formalaşdırılmasına mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır