Ağdərədə sakinlərinin aqrar fəaliyyətinə dəstək məqsədilə yerində xidmət göstərilib
2026-10-07 14:40:00
İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına və sakinlərin aqrar fəaliyyətinə dəstək göstərilməsi, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar xidmətlərə, maliyyə resurslarına və innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsi istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Ağdərə rayonunun Həsənriz kəndində sahə görüşləri keçirilib.
Praktiki tədbirlər çərçivəsində kənd sakinlərinin əkinçilik və heyvandarlıq sahəsində fəaliyyətləri ilə yaxından tanış olunub, həyətyanı və fərdi təsərrüfatlara baxış keçirilib. Sakinlərlə fərdi söhbətlər aparılaraq onların təsərrüfatlarının mövcud vəziyyəti, ehtiyacları və gələcək fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb.
Proqrama əsasən, müasir avadanlıqlarla təchiz edilmiş səyyar baytarlıq laboratoriyasından istifadə edilməklə iri və xırdabuynuzlu heyvanlara yerində baxış keçirilib. Heyvanların sağlamlıq vəziyyəti qiymətləndirilib, müşahidə olunan xəstəliklərlə bağlı ilkin baytarlıq yardımı göstərilib və xəstəliklərin qarşısının alınması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, düzgün yemləmə və saxlanma qaydaları barədə təsərrüfat sahiblərinə ətraflı məsləhətlər verilib. Bununla yanaşı, sakinlərin həyətyanı sahələrində bitkilərin vəziyyəti və əkinlərin sağlamlıq göstəriciləri də yerində qiymətləndirilib. Zərərvericilərə qarşı mübarizə məqsədilə müvafiq dərmanlama tədbirləri həyata keçirilib, bitkilərin mühafizəsi, aqrotexniki qulluq, xəstəlik və zərərvericilərin erkən mərhələdə müəyyənləşdirilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Görüşlər zamanı təsərrüfatların daha səmərəli idarə olunması, mövcud resurslardan düzgün istifadə, məhsuldarlığın artırılması və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi ilə bağlı sakinlərə praktiki tövsiyələr təqdim olunub. Xüsusilə təsərrüfatlarda qabaqlayıcı tədbirlərin görülməsinin, baytarlıq və fitosanitar xidmətlərdən vaxtında yararlanmağın məhsuldarlığın və heyvanların sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən sahə görüşləri kənd sakinlərinin aqrar xidmətlərə çıxışının asanlaşdırılması, onların peşəkar məsləhət və praktiki dəstəklə təmin olunması baxımından əhəmiyyətli olub. Bu cür görüşlərin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpasına və inkişafına, təsərrüfatçılıq ənənələrinin yenidən formalaşdırılmasına, eləcə də kənd sakinlərinin müasir aqrar imkanlardan daha səmərəli istifadəsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır