Oğuzda heyvan sağlamlığı məsələləri müzakirə olunub
2026-10-09 16:00:00
Oğuz rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov çıxış edərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə ətraflı məlumat verib.
Qeyd edib ki, Oğuz rayonu zəngin təbii ehtiyatlara, münbit torpaqlara və əlverişli iqlim şəraitinə malikdir. Bu üstünlüklər, eləcə də aqrar sahəyə göstərilən dövlət dəstəyi bu sahənin, xüsusilə də bitkiçilik, bağçılıq, heyvandarlıq və arıçılıq sahələrində mövcud potensialımızı daha da artırmağımız üçün geniş imkanlar açır.
İcra başçısı, həmçinin müşavirənin əhəmiyyətini qeyd edərək, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafında heyvan sağlamlığının qorunmasının və profilaktik tədbirlərinin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Bildirib ki, epizootik sabitliyin qorunması istiqamətində baytarlıq xidmətlərinin daha çevik və effektiv təşkili, dövlət-özəl baytarlıq münasibətlərinin inkişaf etdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və müasir yanaşmaların tətbiqi əsas prioritetlərdəndir.
Bununla yanaşı, “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Heyvan sahiblərinin maarifləndirilməsi, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, fermerlərlə mütəmadi görüşlərin keçirilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılmasının vacibliyi qeyd olunub.
Tədbirdə Oğuz, Şəki, Balakən, Qax, Zaqatala, Yevlax, Mingəçevir, Göyçay, Qəbələ, Ağsu, İsmayıllı rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək ərazilərdə mövcud epizootik vəziyyət, görülən işlər və qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər.
Çıxışlar zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Daha sonra iştirakçılar fermer təsərrüfatlarına baş çəkib, heyvandarlıq sahəsində görülən işlərlə tanış olublar.
Sonda səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır