Ölkə ərazisində çöl siçanlarına qarşı 47 min hektardan çox ərazidə mübarizə tədbirləri aparılıb
2026-10-21 12:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində kənd təsərrüfatı bitkilərinə ciddi iqtisadi ziyan vuran çöl siçanlarına qarşı fitosanitar müşahidə və qabaqlayıcı mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir.
Cari il ərzində respublika üzrə ümumilikdə 152 182,37 hektar ərazidə fitosanitar müşahidələr həyata keçirilib. Monitorinqlər nəticəsində 67 778,98 hektar ərazidə bu gəmiricilərlə sirayətlənmə (işlək yuvalar) qeydə alınıb. Gəmiricilərin çoxalmasının və kənd təsərrüfatı əkinlərinə ziyan vurmasının qarşısını almaq məqsədilə, sirayətlənmə qeydə alınan 47 601,4 hektar ərazidə operativ mübarizə tədbirləri icra olunub.
Gəmiricilərə qarşı ən genişmiqyaslı mübarizə işləri ölkənin müxtəlif regionlarını əhatə edib. Əsas mübarizə tədbirləri Şəki (6815 ha), Ağcabədi (3871,5 ha), Qusar (3609,59 ha), Cəlilabad (3348 ha), Ağdam (2624,65 ha), İsmayıllı (2612,1 ha), Ağdaş (1783 ha), Füzuli (1550,1 ha), Göygöl (1420,43 ha), Hacıqabul (1414,63 ha), Tərtər (1325 ha), Quba (1274,18 ha) və Ağstafa (1231,25 ha) rayonları ərazisində həyata keçirilmişdir.
Agentliyin yerli qurumlarının mütəxəssisləri tərəfindən mütəmadi olaraq təsərrüfatlara baxış keçirilir və fermerlərlə birgə gəmiricilərə qarşı aldadıcı yemin (zəhərli yem kütləsinin) hazırlanması prosesi təmin edilir. Həmçinin, kimyəvi preparatlarla işləyərkən insan və ətraf mühit sağlamlığının qorunması məqsədilə təsərrüfat sahiblərinə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması barədə zəruri tövsiyələr verilir.
Aqrar Xidmətlər Agentliyi fermerləri taxıl və digər əkin sahələrində diqqətli olmağa, gəmiricilərin kütləvi yayılması və işlək yuvalar müşahidə edildikdə vaxtında kimyəvi mübarizə tədbirlərinə başlamağa çağırır. Ehtiyac yarandığı hallarda vətəndaşlar Agentliyin yerli Bitki Mühafizəsi Mərkəzlərinə müraciət edərək metodiki və praktiki dəstək ala bilərlər.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır