Lənkəranda gənclərin aqrar sektorda karyera quruculuğu və biznes imkanları müzakirə edilib
2026-10-22 15:30:00
Lənkəranda gənclərin aqrar sahədə karyera imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və sahibkarlıq təşəbbüslərinin təşviqi məqsədilə “Rəqəmsal torpaq və yaşıl turizm, süni intellekt dövründə gənclər üçün yeni məşğulluq və sahibkarlıq modelləri” mövzusunda seminar təşkil olunub.
Seminar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə Lənkəran Dövlət Universitetində və Lənkəran Dövlət Peşə Liseyində aqrar sahə üzrə təhsil alan tələbələr, eləcə də öz biznesini aqrar sahədə qurmaq istəyən gənclər iştirak ediblər.
Proqramın əsas məqsədi müasir dövrdə kənd təsərrüfatının dəyişən inkişaf istiqamətləri, rəqəmsal həllərin aqrar istehsalda rolu, yaşıl turizmin potensialı və süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar barədə gənclərin məlumatlılığını artırmaq olub. Eyni zamanda, iştirakçıların əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların innovativ biznes ideyalarına marağının artırılması diqqət mərkəzində saxlanılıb.
Tədbir çərçivəsində gənclərə aqrar sahənin karyera quruculuğu baxımından üstünlükləri, kənd təsərrüfatında müasir texnologiyalardan istifadə, aqroturizmin inkişaf perspektivləri və yeni sahibkarlıq modelləri haqqında müvafiq tövsiyələr verilib. Xüsusilə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal proseslərinin rəqəmsallaşdırılması, süni intellekt vasitəsilə məlumatların təhlili və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkili kimi məsələlərin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, rəqəmsal texnologiyaların kənd təsərrüfatına inteqrasiyası məhsuldarlığın artırılması, resurslardan qənaətlə istifadə və istehsal proseslərinin optimallaşdırılması üçün yeni imkanlar yaradır. Süni intellekt əsaslı həllər isə məlumatların təhlili, məhsuldarlığın proqnozlaşdırılması, risklərin qiymətləndirilməsi və təsərrüfatların idarə olunması kimi istiqamətlərdə gənclər üçün yeni fəaliyyət sahələri açır.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil edilən aqrar sahədə rəqəmsallaşma, yaşıl iqtisadiyyat və innovativ sahibkarlıq imkanları barədə maarifləndirici tədbirlər gənclərin gələcəyin əmək bazarına hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə bilik və bacarıqların artırılması həm kənd təsərrüfatının müasir tələblərə uyğun inkişafına, həm də regionlarda yeni məşğulluq imkanlarının yaranmasına şərait yaradır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır