Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
2026-10-23 17:10:00
Masallı rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə ətraflı məlumat verib.
İcra başçısı, həmçinin müşavirənin əhəmiyyətini qeyd edərək, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafında heyvan sağlamlığının qorunmasının və profilaktik tədbirlərinin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.
AXA sədri fermerlər arasında maarifləndirmə işləri genişləndirilməsini, profilaktik peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, heyvanların diaqnostik müayinələrə cəlb olunmasını, xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınmasını, təsərrüfatlarda sanitariya-gigiyena normalarına əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə AXA- nın sədr müavini Fuad Məmmədov heyvandarlıqda tətbiq olunan yeni subsidiya qaydaları barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov heyvan sağlamlığının qorunması sahəsində 9 ay ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə Masallı, Cəlilabad, Lənkəran, Astara, Cəbrayıl, Lerik, Buləsuvar, Neftçala, Salyan rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək ərazilərdə mövcud epizootik vəziyyət, görülən işlər və qarşılaşdıqları problemlər barədə məlumat veriblər.
Çıxışlar zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir çərçivəsində səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.
Daha sonra iştirakçılar fermer təsərrüfatlarına, həmçinin süd emalı müəssisəsinə baş çəkib görülən işlərlə tanış olublar.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır