Qəhvəyi mərmər bağacığı ilə mübarizə ilə əlaqədar bölgələrdə maarifləndirmə işləri aparılır
2026-11-03 10:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, əhalinin maarifləndirilməsi və zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə keçirilən təlimlər və sahə görüşləri davam edir. Bu istiqamətdə Tovuz və Ağstafa rayonlarında Dövlət Peşə Təhsil Mərkəzlərinin tələbələri, Lənkəran rayonunda isə yerli sakinlər üçün maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin əsas məqsədi zərərverici ilə mübarizədə maarifləndirmə işlərini genişləndirmək, xüsusilə kənd təsərrüfatı sahəsində təhsil alan gənclərin bilik və bacarıqlarını artırmaq, eləcə də yerli əhalinin bu istiqamətdə məlumatlılığını gücləndirməkdir.
Təlimlər zamanı iştirakçılara Qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətləri, yayılma yolları, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və onunla mübarizənin səmərəli üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, zərərvericinin vaxtında aşkar edilməsinin, mütəmadi müşahidələrin aparılmasının və mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb.
Maarifləndirici görüşlər çərçivəsində iştirakçılara Qəhvəyi mərmər bağacığının tanınması, aşkarlandığı zaman görülməli olan ilkin tədbirlər, profilaktik yanaşmalar və müvafiq qurumlara məlumat verilməsinin vacibliyi izah olunub. Sahə görüşləri zamanı isə nəzəri biliklər praktiki müşahidələrlə əlaqələndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən müxtəlif bölgələrdə təşkil olunan bu kimi maarifləndirici tədbirlər kənd təsərrüfatı bitkilərinin qorunması, zərərvericilərə qarşı mübarizənin düzgün təşkili və aqrar sahədə biliklərin praktiki şəkildə yayılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır