Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb
2026-11-04 15:24:24
Fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara çıxışını asanlaşdırmaq məqsədilə bölgələrdə yeni satış məntəqələrinin təşkili davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “Aqroservis” ASC ilə birgə həyata keçirdiyi tədbirlər çərçivəsində növbəti satış məntəqəsi Ucar rayonunda fəaliyyətə başlayıb. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim olunur.
Toxum təminatının yaxşılaşdırılması və fermerlərin keyfiyyətli, sertifikatlı toxumlara əlçatanlığının artırılması “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri sırasındadır. Bu məqsədlə yaradılan satış məntəqələri fermerlərə ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə əldə etmək imkanı yaradacaq, xüsusilə əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlarda vaxt və nəqliyyat xərclərinin azalmasına, eləcə də toxumla təminatın asanlaşmasına şərait yaradacaq.
Bölgələrdə satış məntəqələrinin yerləşdirilməsi təsadüfi seçimə əsaslanmır. Bu zaman rayonların əkin sahələrinin həcmi, toxum bazarındakı mövcud vəziyyət və fermerlərin tələbatı nəzərə alınır. Belə yanaşma keyfiyyətli toxumların daha geniş ərazidə əlçatan olmasına və toxum təminatında regionlar üzrə imkanların yaxşılaşdırılmasına xidmət edir.
Həmçinin, fermerlərin toxum istehsalçıları ilə birbaşa əlaqə qurmasını asanlaşdırmaq üçün Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində də müvafiq məlumatlar yerləşdirilib. Burada toxum istehsalçılarının adları, əlaqə vasitələri, istehsal etdikləri bitki növləri və sortları, toxumların reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayonlar barədə məlumat əldə etmək mümkündür. Bu imkan fermerlərə təsərrüfatlarının tələbatına uyğun sertifikatlı toxum seçmək və istehsalçılarla birbaşa əlaqə saxlamaq şəraiti yaradır.
Qeyd edək ki, sertifikatlı toxumların satışı artıq “Aqroservis” ASC-nin Neftçala və Ucar bölmələrində başlayıb. Növbəti günlərdə satış məntəqələri Sabirabad və Şəki bölmələrində, eləcə də İsmayıllı rayonunda “İvanovka Aqroparkı”nın ərazisində fəaliyyət göstərəcək. Belə ki, Sabirabadda satışa noyabrın 5-də, Şəki və İsmayıllıda isə noyabrın 6-da başlanılacaq.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır