AXA sədri Yardımlı rayonunda fermerlərlə görüşüb, heyvandarlıq təsərrüfatlarına baxış keçirib
2026-11-04 16:36:24
Səfər çərçivəsində rayonun Arvana kəndində Süleymanov Ağasəf Ziyad oğluna və Sətiyev Şəhriyar Əvəz oğluna məxsus heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Təsərrüfatların mövcud vəziyyəti, heyvanların saxlanma şəraiti, yem təminatı, həmçinin istehsal imkanları ilə tanışlıq olub. Təsərrüfat sahibi ilə görüş zamanı heyvandarlıq sahəsində mövcud vəziyyət, qarşılaşdıqları çətinliklər və təsərrüfatların inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra Arvana və Qarovuldaş kənd sakinləri ilə görüşlər keçirilib. Görüşlərdə vətəndaşlara “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri, xüsusilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi sahəsində nəzərdə tutulan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Dövlət Proqramında heyvandarlıq sahəsinin inkişafı, istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə təsərrüfat sahiblərinin mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, həmin imkanlardan səmərəli istifadə etməsi və heyvandarlıq fəaliyyətinin daha müasir yanaşmalar əsasında təşkili vacibdir.
Sədr fermerlərlə söhbət zamanı heyvandarlıq təsərrüfatlarının səmərəli idarə olunmasında müasir yemləmə üsullarının tətbiqinin, damazlıq keyfiyyətinin yaxşılaşdırılmasının və baytarlıq-profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı kənd sakinlərinin sualları cavablandırılıb, təklif və müraciətləri dinlənilib, heyvandarlıq təsərrüfatlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, regionlarda fermer və təsərrüfat sahibləri ilə keçirilən görüşlər dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığın artırılması, aqrar sahədə mövcud imkanların təşviqi və kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədi daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır