Bölgələrdə heyvan sağlamlığının qorunması istiqamətində baytarlıq tədbirləri davam etdirilir
2026-11-05 10:50:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində heyvan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Xüsusilə havaların soyuması ilə əlaqədar heyvanlar arasında mövsümi xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif profilaktik və qabaqlayıcı baytarlıq tədbirləri həyata keçirilir. Bu çərçivədə iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə, çimizdirilmə və digər baytarlıq-sanitariya tədbirləri aparılır, görülən işlərin müəyyən edilmiş tələblərə uyğunluğu mütəmadi olaraq monitorinq edilir. Peyvəndləmə prosesinin müəyyən edilmiş baytarlıq qaydalarına uyğun təşkili, heyvanların vaxtında peyvənd olunması və görülən işlərin səmərəliliyinin qiymətləndirilməsi əsas istiqamətlərdəndir.
Eyni zamanda, peyvənd preparatlarının effektivliyinin qorunması məqsədilə onların daşınması, saxlanılması və tətbiqi zamanı soyuq zəncir rejiminə ciddi riayət olunur. Peyvəndlərin tələb olunan temperatur şəraitində saxlanılmasına və daşınmasına nəzarət edilir ki, bu da preparatların keyfiyyətinin və immunoloji təsirinin qorunmasında mühüm rol oynayır.
Bununla yanaşı, heyvanların sağlamlığının qorunması, xarici parazitlərə qarşı mübarizə və saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə çimizdirilmə tədbirləri də həyata keçirilir. İri və xırda buynuzlu heyvanlar arasında aparılan bu işlər mövsümi risklərin azaldılması və təsərrüfatlarda baytarlıq-sanitariya vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə işlərinə də xüsusi önəm verilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları tərəfindən mütamadi olaraq vətəndaşlar ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı heyvanlar arasında yayıla bilən mövsümi xəstəliklər, onların yaranma səbəbləri, ilkin əlamətləri, vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Həmçinin heyvan sahiblərinə profilaktik peyvəndləmənin əhəmiyyəti, baytar həkimlərinə vaxtında müraciət edilməsi, təsərrüfatlarda sanitar-gigiyenik qaydalara əməl olunması və xəstəlik şübhəsi yarandıqda zəruri tədbirlərin görülməsi ilə bağlı tövsiyələr çatdırılıb.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır