Beynəlxalq əməkdaşlıq çərçivəsində Lənkəranda maarifləndirici sahə görüşü keçirilib
2026-11-06 10:00:00
Kənd təsərrüfatında müasir yanaşmaların təşviqi, meyvəçilik sahəsində məhsuldarlığın artırılması, fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Bu məqsədlə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) beynəlxalq əməkdaşlığı çərçivəsində Lənkəran rayonunun Mamusta kəndində “Naringi bağlarının planlaşdırılması və intensiv bağ modeli” mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Görüş “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Sahə görüşünün əsas məqsədi fermerləri naringi bağlarının düzgün salınması və planlaşdırılması, intensiv bağçılığın müasir prinsipləri, torpaq-iqlim şəraitinin düzgün qiymətləndirilməsi və aqrotexniki qulluq qaydaları barədə məlumatlandırmaq, eyni zamanda, dayanıqlı və səmərəli meyvəçilik təcrübələrinin təşviqindən ibarət olub.
Proqram zamanı iştirakçılara naringi bağlarının salınması zamanı nəzərə alınmalı əsas amillər, əkin sahəsinin seçilməsi, torpağın hazırlanması, tinglərin düzgün yerləşdirilməsi, əkin sxemlərinin müəyyənləşdirilməsi və bağın gələcək inkişafının planlaşdırılması barədə məlumat verilib. Həmçinin intensiv bağ modelinin tətbiqinin əhəmiyyəti, su və torpaq ehtiyatlarından səmərəli istifadə, bitkilərin sağlam inkişafının təmin olunması və müasir becərmə yanaşmalarının üstünlükləri diqqətə çatdırılıb.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər fermerlərin aqrar biliklərinin artırılması, bölgələrdə müasir və dayanıqlı təsərrüfatçılıq modellərinin təşviqi, təbii resursların qorunması və kənd təsərrüfatında biomüxtəlifliyin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır