Bölgələrdə sertifikatlı toxum satışının təşkili istiqamətində tədbirlər davam etdirilir
2026-11-06 16:39:34
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda toxumla özünütəminat səviyyəsinin yüksəldilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu hədəfə nail olmaq, fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara əlçatanlığını artırmaq, xüsusilə toxum təminatının məhdud olduğu rayonlarda satış imkanlarını genişləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) “Aqroservis” ASC ilə birgə bölgələrdə sertifikatlı toxum satışını davam etdirir.
Sertifikatlı toxum satışı artıq “Aqroservis” ASC-nin Neftçala, Ucar, Sabirabad və Şəki bölmələrində, eləcə də İsmayıllı rayonunda yerləşən “İvanovka Aqroparkı”nın ərazisində həyata keçirilir. Satışın “Aqroservis” ASC-nin digər bölmələrində də mərhələli şəkildə təşkili nəzərdə tutulur. Belə ki, Ağsu bölməsində noyabrın 9–14-də, Ağdam, Biləsuvar və Xaçmaz bölmələrində noyabrın 10–14-də, Tovuz bölməsində isə noyabrın 11–13-də fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumlarının satışı həyata keçiriləcək.
Fermerlərin sertifikatlı toxum istehsalçıları haqqında məlumat əldə etməsini asanlaşdırmaq məqsədilə AXA-nın rəsmi internet səhifəsində müvafiq məlumat bazası da təqdim olunub. Burada toxum istehsalçılarının adları, əlaqə vasitələri, yetişdirdikləri bitki növləri və sortları, toxumların reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayonlar barədə məlumatlar yer alır. Bu imkan fermerlərə təsərrüfatlarının ehtiyaclarını nəzərə alaraq uyğun istehsalçıları müəyyənləşdirməyə və onlarla birbaşa əlaqə qurmağa şərait yaradır.
Qeyd edək ki, satış məntəqələrinin yerləşdirilməsi isə bölgələr üzrə mövcud aqrar vəziyyət və fermerlərin tələbatı əsasında müəyyənləşdirilib. Bu zaman rayonlardakı əkin sahələrinin ölçüsü, toxum satışının mövcud vəziyyəti və təminat imkanları əsas meyar kimi götürülüb. Xüsusilə əkin sahələri geniş olduğu halda sertifikatlı toxum satışının kifayət qədər inkişaf etmədiyi rayonlara diqqət yetirilib. Bu yanaşma fermerlərin keyfiyyətli toxum əldə etmək imkanlarını genişləndirməklə yanaşı, onların əlavə vaxt və nəqliyyat xərclərini azaltmasına, toxum tələbatını yaşadıqları əraziyə yaxın məntəqələr vasitəsilə ödəməsinə imkan verəcək.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır