Bölgələrdə heyvan sağlamlığının qorunması istiqamətində baytarlıq tədbirləri davam etdirilir
2026-11-16 10:30:00
Havaların soyuması ilə əlaqədar kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, mövsümi xəstəlik risklərinin minimuma endirilməsi və epizootik sabitliyin təmin olunması məqsədilə respublikanın müxtəlif bölgələrində baytarlıq tədbirləri həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən bölgələrdə təsərrüfatlarda müvafiq baytarlıq müayinələri və profilaktik tədbirlər aparılır. Eyni zamanda, fermer və heyvan sahibləri ilə maarifləndirici söhbətlər keçirilir, heyvanların düzgün saxlanılması və bəslənməsi ilə bağlı tövsiyələr verilir. Mütəxəssislər bildirirlər ki, havaların soyuması, temperaturun kəskin dəyişməsi, rütubətin artması və saxlanma şəraitinin düzgün təşkil edilməməsi heyvanların sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə qış mövsümündə heyvanların soyuq hava axınlarından qorunması, saxlanma yerlərinin quru və təmiz olması, tövlələrdə normal havalandırmanın təmin edilməsi vacib şərtlərdəndir.
Bununla yanaşı, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına əməl olunması, dezinfeksiya tədbirlərinin həyata keçirilməsi və xəstəlik əlamətləri müşahidə edilən heyvanların vaxtında baytar həkiminə göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Heyvanlarda iştahasızlıq, halsızlıq, öskürək, burun axıntısı və digər narahatedici əlamətlər aşkarlandıqda dərhal baytarlıq mütəxəssisinə müraciət edilməsi tövsiyə olunur.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən həyata keçirilən bu kimi baytarlıq tədbirləri mövsümi risklərin vaxtında müəyyənləşdirilməsinə, heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısının alınmasına və təsərrüfatlarda sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır