Qəhvəyi mərmər bağacığına qarşı profilaktik tədbirlər davam etdirilir
2026-11-18 10:00:00
Kənd təsərrüfatı bitkiləri və meyvə bağları üçün ciddi təhlükə yaradan Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının müəyyən edilməsi və fitosanitar vəziyyətin nəzarətdə saxlanılması məqsədilə respublikanın müxtəlif bölgələrində profilaktik tədbirlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Quba rayonunda zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi, qışlama yerlərinin aşkarlanması və növbəti mövsümdə populyasiyasının artmasının qarşısının alınması istiqamətində müvafiq işlər həyata keçirilir.
Aparılan tədbirlər çərçivəsində kənd təsərrüfatı sahələrində, meyvə bağlarında, təsərrüfat ərazilərində və zərərvericinin sığınacaq tapa biləcəyi digər məkanlarda müşahidə və monitorinqlər aparılır. Aşkar edilən ocaqlarda vəziyyət qiymətləndirilir, zərurət yarandıqda müvafiq bitki mühafizəsi və zərərsizləşdirmə tədbirləri görülür. Həmçinin, mərkəzin mütəxəssisləri tərəfindən sakinlərə zərərvericiyə qarşı mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsi, təsərrüfat ərazilərinin təmiz saxlanılması, tikililərdəki boşluqların bağlanması və bitkiçilik məhsullarının mütəmadi yoxlanılması ilə bağlı tövsiyələr verilir.
Qeyd edək ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinə çəkilməsi profilaktik mübarizə baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, Qəhvəyi mərmər bağacığı qışlama dövründə yaşayış evlərində, anbarlarda, tövlələrdə, yardımçı tikililərdə və digər qapalı məkanlarda qrup halında toplaşır. Bu səbəbdən həmin ərazilərdə müşahidələrin aparılması, zərərvericinin aşkar edilərək mexaniki üsulla toplanması və məhv edilməsi növbəti mövsümdə sayının azalmasına kömək edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır