Qubada müasir bağçılıq sistemləri üzrə TOT təlimi keçirilib
2026-11-19 08:50:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba rayonunda beynəlxalq təcrübəyə əsaslanan “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusunda üçgünlük bilik və təcrübə mübadiləsi proqramı çərçivəsində təlimçilər üçün təlim (TOT) sessiyaları keçirilib.
Tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin artıq silsilə xarakter aldığını diqqətə çatdırıb. O, cari il ərzində Lənkəranda müasir suvarma sistemləri və heyvandarlıq, Şəkidə isə arıçılıq sahələri üzrə keçirilən genişmiqyaslı təlim və bilik mübadiləsi tədbirləri barədə məlumat verib Elməddin Namazov vurğulayıb ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq insan kapitalının inkişafı, aqrar sahənin bütün istiqamətləri üzrə peşəkar və ixtisaslı mütəxəssislərin hazırlanması kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, müasir biliklərin və beynəlxalq təcrübənin yerli mütəxəssislərə çatdırılması, təlimçilərin peşəkar potensialının gücləndirilməsi aqrar sahənin gələcəyinə yönəlmiş vacib addımlardandır.
Proqram çərçivəsində beynəlxalq ekspert Serkan Şimşek və sahə üzrə mütəxəssis Vüqar Bəşirov tərəfindən sertifikatlı ting istehsalı, müasir tingçilik texnologiyaları və bağçılıq sistemləri üzrə təlimçilərin hazırlanmasına həsr olunmuş sessiyalar keçirilib. Təlimlər zamanı sertifikatlı ting istehsalının təşkili, müasir tingçilik texnologiyalarının tətbiqi, seleksiya işinin xüsusiyyətləri, calaqaltı-sort kombinasiyalarının düzgün seçilməsi və intensiv bağçılıq sistemlərinin qurulması ilə bağlı nəzəri və praktiki biliklər iştirakçılara təqdim olunub. Həmçinin beynəlxalq təcrübəyə əsaslanan müasir yanaşmaların yerli şəraitdə tətbiqi və əldə olunan biliklərin digər mütəxəssislərə ötürülməsi məsələləri müzakirə edilib. Təlim proqramı çərçivəsində iştirakçılar arasında komanda ruhunun, əməkdaşlıq və ünsiyyət bacarıqlarının gücləndirilməsi məqsədilə müxtəlif komanda oyunları da təşkil olunub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər aqrar sahədə ixtisaslı kadr hazırlığının gücləndirilməsinə, insan kapitalının inkişafına, mövcud kadr potensialının artırılmasına və yeni peşəkar mütəxəssislərin yetişdirilməsinə, qabaqcıl texnologiyaların tətbiqinin təşviqinə, eləcə də kənd təsərrüfatında məhsuldarlığın və istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır