Heyvan sağlamlığının qorunması istiqamətində profilaktik tədbirlər davam etdirilir
2026-11-25 10:28:13
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkədə epizootik sabitliyin qorunması, heyvan sağlamlığının təmin edilməsi, yoluxucu xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Bu istiqamətdə Mərkəzin mütəxəssisləri tərəfindən bölgələrdə heyvanların sağlamlıq vəziyyəti mütəmadi izlənilir, xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görülür, zəruri hallarda laborator müayinələr aparılır. Eyni zamanda, heyvandarlıq təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına əməl olunmasının təmin edilməsi, heyvanların saxlanma və bəslənmə şəraitinin yaxşılaşdırılması, eləcə də xəstəlik risklərinin minimuma endirilməsi diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, epizootik sabitliyin təmin olunmasında profilaktik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi ilə yanaşı, heyvan sahiblərinin də məsuliyyətli yanaşması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan heyvan sahiblərinin baytarlıq mütəxəssislərinin tövsiyələrinə əməl etməsi, peyvəndləmə və digər profilaktik tədbirlərdə fəal iştirak etməsi, heyvanlarda xəstəlik əlamətləri müşahidə olunduqda isə regional baytarlıq idarələrinə məlumat verməsi vacibdir.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir. Görülən tədbirlər ölkədə heyvan sağlamlığının qorunmasına, heyvandarlığın dayanıqlı inkişafına və əhalinin sağlamlığı üçün yarana biləcək risklərin qarşısının alınmasına xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır